• Sembol CCOLA.IS
  • Son Fiyat TRY 740,00
  • Değişim 0,14%
TR | EN

Bizden Haberler

Bizden Haberler
Coca-Cola Azerbaycan’ın HORECA Projesi yıl sonu raporu

Coca-Cola Azerbaycan’ın HORECA Projesi yıl sonu raporu

Coca-Cola-nın HORECA Pet Collection layihəsi genişlənir

Coca-Cola şirkəti, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə Bakıda keçirilən HORECA Pet Collection ekoloji layihəsi davam edir. Coca-Cola şirkətinin “Tullantısız Dünya” proqramının tərkibində icra olunan layihə HORECA (hotel, restoran, kafe) üzrə fəaliyyət göstərən müəssisələrdən plastik tullantıları toplamaq üçün icra olunur.

Layihənin icra olunmasında məqsəd istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və bu xammalın ətraf mühitə təsirini azaltmaqdır. Artıq 10 aydır həyata keçirilən layihəyə Bakı şəhəri ilə yanaşı regionlarda yerləşən müəssisələr də cəlb olunub. Hazırda layihə Bakı, Abşeron, Sumqayıt, Mingəçevir və Qəbələni əhatə edir.

Bakı, Abşeron və Sumqayıt ərazisində fəaliyyət göstərən 123 müəssisə, Mingəçevir və Qəbələdən isə hazırda doqquz müəssisə layihəyə qoşulub.

Layihə müddətində ümumilikdə 30 tona yaxın plastik toplanaraq təkraremal müəssisələrinə yönləndirilib.

İlkin dövrlərdə restoranlarla icra olunan layihəyə, Bakının ən iri ticarət mərkəzləri olan Gənclik Mall, Dəniz Mall, təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Dövlət Sərhəd Xidmətinin İdman Kompleksi, Park Cinema, CinemaPlus kinoteatrları, “Shaurma N°1” və ‘’Cafe City” restoranları da qoşulub. Layihə çərçivəsində istifadə olunmuş plastik tullantıların toplanması üçün müəssisələrə qutular yerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.

“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova bildirib ki, Coca-Cola şirkəti fəaliyyət göstərdiyi ölkələrdə ətraf mühitin mühafizəsi üçün daim müxtəlif layihələr həyata keçirir: “Çox şadıq ki, iki ay nəzərdə tutduğumuz pilot layihə artıq onuncu ayındadır. Coca-Colanın HORECA xətti ilə əməkdaşlıq etdiyi müəssisələrdən müsbət geridönüşlər alırıq. Qısa müddətdə layihə hədəflərini aşıb. Biz layihə çərçivəsində tezliklə yeni əməkdaşlıqların yaranacağına inanırıq”.

Şəhər sakinləri də layihə barədə müsbət fikirlərini bölüşüb, layihə dəstək olmaq üçün plastik tullantıları xüsusi ayrılmış konteynerlərə atdıqlarını və artıq plastik tullantıların təbiətə vurduğu zərər barədə məlumatlı olduqlarını bildiriblər.

Coca-Cola şirkəti bundan əvvəl də “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdaşlarla birlikdə ekoloji isitaqmətdə “Təmiz Ölkəm”, “ Təmiz Sumqayıt”, “Xəzəri Qoruyaq” kimi bir sıra layihələr icra edib. Ümümilikdə həmin layihələrdə 50 tondan çox tullantı təkrar emala qaytarılıb.

Qeyd edək ki, “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.